Kainat GM-nin internet səhifəsinə xoş gəlmişsiniz!
Kainat GM yarandığı gündən (1990) addım-addım qarşısına qoyduğu məqsədə çatmaq amalı ilə inkişaf etməkdədir. Mərkəzin azsaylı üzvləri gördükləri işlərdən zövq alırlar. Müstəqil Azərbaycanımızın imkanları genişləndikcə qeyri-hökümət sektoruna da diqqət artmaqdadır. Hüquqi bazanın möhkəmlənməsi, sərbəst və azad fəaliyyət imkanı yeni perspektivlərdən xəbər verir.
Odur ki, hamınızı birgə əməkdaşlığa dəvət edirik!

Novruz şənlikləri

Kainat Gənclik Mərkəzi 1995-ci ildən bəri iki istiqamət üzrə uşaqlar üçün geniş miqyasda «Novruz bayramı» və «Yeni il» şənliklərinin təşkilini həyata keçirir. Ətraflı

  • tarix: 2008-10-18

Uşaq muğam festivalları

Kainat Gənclik Mərkəzinin ən uğurlu və iştirakçılarının əhatə dairəsinə görə sayılıb seçilən, uzun ömürlü layihələrindən biri də ənənəvi uşaq muğam festivalıdır. Ətraflı

  • tarix: 2008-10-18

Yeni il şənlikləri

1995-ci ildən Kainat Gənclik Mərkəzi 2 istiqamət üzrə uşaqlar üçün geniş miqyasda «Novruz bayramı» və «Yeni il» şənliklərinin təşkilini həyata keçirir. Ətraflı

  • tarix: 2008-10-18

“Mən fransız dilində danışıram” müsabiqəsi

“Kainat” Gənclik Mərkəzinin uzun ömürlü layihələrindən biri də, məktəblilərin “Mən fransız dilində danışıram” müsabiqəsidir. Hal-hazırda mərkəzin nəzdində yaradılmış “İşçi qrup” bu layihənin baş tutması üçün fəaliyyətə başlamışdır. Ətraflı

  • tarix: 2009-03-10

“15 Sentyabr Bilik günü” xeyriyyə aksiyası layihəsi

“Kainat” Gənclik Mərkəzi hər il Azərbaycanda “15 Sentyabr Bilik günü” ilə bağlı xeyriyyə aksiyasını təşkil edir. Ətraflı

  • tarix: 2009-09-09

“İslam Dünyası gənc (20 yaşadək) Klassik musiqi ifaçılarının Beynəlxalq Müsabiqəsi"nin seçmə turunun nəticələri

“İslam Dünyası gənc (20 yaşadək) Klassik musiqi ifaçılarının Beynəlxalq Müsabiqəsi"nin ilk seçmə turunun nəticələri (Azərbaycan üzrə) Ətraflı

  • tarix: 2016-04-12

“İslam Dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsi”nin 2017-ci ilin aprel ayının 4-5-də keçirilmiş Azərbaycan üzrə dinləmlərinin nəticələri

“İslam Dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsi”nin 2017-ci ilin aprel ayının 4-5-də keçirilmiş Azərbaycan üzrə dinləmlərinin nəticələri Ətraflı

  • tarix: 2017-04-06
Back to Top