Beynəlxalq Uşaq Muğam Festivalı

Bu ilin oktyabr ayının 9-da  AR Gənclər və İdman Nazirliyinin dəstəyi, AR Mədəniyyət Nazirliyinin iştirakı ilə ,“Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi Beynəlxalq Muğam Mərkəzində  Azərbaycan  daxil olmaqla 9 ölkə (Türkiyə, İran,  İraq, Misir, Özbəkistan,  Qazaxıstan, Türkmənistan, Qırğızıstan) təmsilçilərinin iştirakı ilə qaliblərin yekun konserti və mükafatlandırılması mərasimi ilə başa çatacaq.

Xaricdən gələn gənc istedadlarla yanaşı, həmin ölkəni bir mütəxəssis də təmsil edəcək, o eyni zamanda beynəlmiləl tərkibli münsiflər heyətinin üzvü olacaq. Münsiflər heyətinin sədri AR Xalq Artisti, professor, görkəmli tarzən Ağasəlim Abdullayevdir.

May ayından başlanan seçim turları oktyabr ayının əvvəlində yekunlaşıb. Festivalda Azərbaycan daxil olmaqla Türkiyə, Misir, Qazaxıstan, Türkmənistan, İran, İraq, Özbəkistan, Qırğızıstan iştirak edəcəklər. Ölkəmizi bu festivalda müxtəlif regionlardan 3 gənc istedad təmsil edir. Təşkilat Komitəsinin qərarı ilə bu nominasiyalar üzrə mükafatlar təsis edilib (1 əsas mükafat Qran-pri, iki 1-ci yer, 2-ci yer, 3-cü yer). Bundan başqa AR Mədəniyyət Nazirliyi tərəfindən 3 əcnəbi istedada ayri –ayrı nominasiyalara uyğun xüsusi diplom və qiymətli hədiyyə təqdim olunub.

Münsiflər tərəfindən qaliblərin təyin edilməsi onların çıxışlarından dərhal sonra baş tutdu. Mükafatçıların adları isə bütün çıxışların yekununda müəyyənləşdi.

Qran pri – Khaef Olarsa – İran İslam Respublikası

1 yer- Mahmud Ahmed Avad Abdelvahab- Misir Ərəb Respublikası

1 yer – Öykü Gümüş – Türkiyə

1 yer- Elvin Abdullayev- Azərbaycan

2 yer – Ülkər Abdullayeva- Azərbaycan

2 yer- Jurayeva Gülsənəm – Özbəkistan

2 yer- Amandurduyeva Merjen- Türkmənistan

2 yer-  Səkinə Qasımova – Azərbaycan

3 yer – Xudaverdipur Amirreza –İran İslam Respublikası

3 yer – Jirqalbekov Edən – Qırğızıstan

3 yer- Yakubov Ruslan – Özbəkistan

3 yer- Marxabatova Şaqula – Qazaxıstan

AR Mədəniyyət Nazirliyinin nominasiyaları:

“Fərqli ifa tərzinə görə” – Kərim Mohammed Ahmed Elbou – MƏR

“Ən yaxşı etnik folklor numunəsinin ifasına görə”- Onqarqızı Aray- Qazaxıstan

“Yüksək milli koloritin nümayişinə görə” – Numonov Şahzod – Özbəkistan

Yuxarıda qeyd olunan nominasiyalardan əlavə finala vəsiqə qazanmış hər bir iştirakçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “XI Beynəlxalq Uşaq Muğam Festivalında iştirakına görə” sertifikatları ilə  təltif olunacaqlar.

Sponsor təşkilatları (“Paşa  Bank”, Nurgün şirkətlər qrupu) həm münsiflər heyəti, həm də iştirakçılar üçün qiymətli hədiyyələr hazırlayıblar.