Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və “Yeni il” bayramı

Hər il olduğu kimi “Kainat” Gənclik Mərkəzi iki istiqamət üzrə ayrı-ayrı məkanlarda uşaqlar üçün 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və “Yeni il” bayramı münasibəti ilə şənliklər təşkil edib. Əsasən sosial müdafiəyə, sağlamlığının bərpasına ehtiyacı olan körpələr üçün ayrı-ayrı şirkətlərin dəstəyi ilə baş tutan tədbirlərdə Bakı və bakıətrafında fəaliyyət göstərən təlim və tərbiyyə ocaqlarının sakinlərinin iştirakına üstünlük  verilib.

Mərkəz bu layihələrin bir neçəsini yerlərdə keçirilməsini də təmin edir. 2019-ci ilin Dekabr 31-dən 2020-ci ilin yanvar ayının 4-nə kimi davam edən  layihə çərçivəsində yüzlərlə uşaq sevimli nağıl qəhrəmanları ilə şənliklər zamanı oyunlarda, viktorinalarda fəali iştirak etməklə öz bilik və bacarıqlarını nümayiş etdiribər. Şənlikdə həmçinin UNHCR-in xətti ilə yüzlərlə yerli və xarici qaçqın uşaqlar yeni il sevincini yaşayıblar.

Şaxta Baba və Qar Qız ənənəvi olaraq bu kateqoriyadan olan uşaqları hədiyyələrlə və şirmiyyət dəsti ilə mükafatlandırıblar.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəkdə də digər tədbirlərə qatılması üçün mərkəz tərəfdaşları ilə  işbirliyini davam etdirmək niyyətindədir.