“NOVRUZ” ŞƏNLİKLƏRİ

Belə ki, fəaliyyətimizə həm də mərkəzin ənənəvi olaraq hər il təşkil etdiyi “NOVRUZ ” bayramına həsr edilmiş şənlikləri də daxil etmək olar. Bu il də mərkəz “Kosanın sərgüzəştləri” adlı özəl proqramla “Novruz” şənliklərində uşaqların görüşünə gələcək. Şənliklər 2020-ci ilin mart ayının 20-dən 23-nə kimi “ABU Arena”da  təşkil olunacaq. Ənənəvi olaraq, bu tədbirə qoşula biləcək sosial müdafiəyə ehtiyacı olan ailələrindən  körpələrin dəvətini və onların mənalı istirahətini təşkil etmək üçün “Kainat” Gənclik Mərkəzində yaradılmış işçi qrup maksimum imkanlardan istifadə edərək, bu dəqiqələrin onlar üçün rəngarəng keçməsinə var qüvvəsi ilə çalışacaq.

Proqramın gedişatına “Bəbək”  Uşaq Teatrının sevimli obrazları nəzarət edəcəklər. Yuxarıda göstərilən günlərdən birində Sizin iştirakınız bu imkansız körpələrin hədsiz sevincinə səbəb ola bilər. Amma göstərilən günlər ərzində ayrı-ayrı şirkətlərin (Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, BMT –nin Qaçqinlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi  və s.) iştirakı nəzərdə tutulub. Bundan əlavə Mərkəz həmkarlar xətti ilə və fərdi müraciətlər formasında da ayrı-ayrı təşkilatların sifarişi ilə onların əməkdaşlarının balaları üçün şənliklərə biletlərin realəzəsini təmin edə bilər.

Təşkilatlar şənliklərdə iştiraklarının bu formasını seçərlərsə, ödəniş qaydasından asılı olmayaraq əməkdaşlıq etməyə hazırıq.  Milli rəqslər və oyunlarımız, şən şou-interpretasiyasında  böyüklərin də iştirak etmələri şərti ilə tamaşaçıların diqqətinə çatdırılacaq. 1 saat 20 dəqiqə çəkəcək bu bayram şənliklərinin sonunda hər bir iştirakçıya yüksək keyfiyyətli şirniyyat dəsti təqdim olunacaq.  Yerli və xarici ölkələrin məşhur şirkətlərinin məhsullarından ibarət çeşidlər keyfiyyət sertifikatı ilə təsdiqlənmiş və bu şənliklər üçün hazırlanmış yeni qutularda qablaşdırılaracaq.

Şənliklərin keçiriləcəyi obyektin sponsor təşkilatın simvolikası ilə bəzədilməsinə, müxtəlif reklam məhsullarının yerləşdirilməsinə, paylanmasına (papaq, köynək,təqvim və s.)  məhdudiyyət qoyulmur.