“Qarabağ – Azərbaycanındır!”

“Kainat” Gənclik Mərkəzinin əməkdaşları “Qarabağ – Azərbaycanındır!” devizi altında sosial şəbəkə hesablarında ölkəmizin və müzəffər ordumuzun qələbə əzminə  xələl gətirən düşmənin feyk xəbərlər kampaniyasına qarşı tutarlı dəlil-sübutlarla mübarizə aparmaqla, bütün mövcüd imkanlardan istifadə etməkdədirlər. AR Gənclər və İdman Nazirliyi , eləcədə Gənclər Təşkilatlar Milli Şurası tərəfindən təqdim olunan tvitlər və digər sosial şəbəkələrindəki hesablara qoşularaq yalan və həqiqəti özündə əks etdirməyən erməni uydurmalarına məzmunlu cavablar verməklə, onların ifşa edilməsini dayanmadan davam etdirməkdəyik. Gənclərimizi də bu mübarizədə etibarlı mənbələrə, dövlət qurumlarının dəqiq məlumatlarına istinad etməyi məsləhət görürürük.

“Kainat” Gənclik Mərkəzinin uzun ömürlü beynəlxalq layihələrindən olan İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşa dək) 9-cu Beynəlxalq müsabiqəsi bu il uğurla başa çatdı. Müsabiqənin yekunları ilə bağlı geniş məqalə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “MEZZO” ( yanvar-sentyab, 2020.N 25) Elmi Publisistik İnformasiya Jurnalında məqalə dərc olunub.

Bundan başqa müsabiqə  haqqında  daha ətraflı məlumatı www.classicalcompetitionbaku.com saytından əldə edə bilərsiniz.