KAİNAT GƏNCLİK MƏRKƏZİ
   
   Novruz şənlikləri
2008-10-18
Kainat Gənclik Mərkəzi 1995-ci ildən bəri iki istiqamət üzrə uşaqlar üçün geniş miqyasda «Novruz bayramı» və «Yeni il» şənliklərinin təşkilini həyata keçirir.
Yerli və xarici şirkətlərin, nümayəndəliklərin birbaşa iştirakı ilə bu bayramlar ərəfəsində minlərlə sosial müdafiəyə ehtiyacı olan körpələrin bu layihə çərçivəsində ayrı-ayrı günlərdə tədbirə qatılmaları təmin olunur. Əyləncə dolu şənliyin sonunda hər bir uşaq xüsusi hazırlanmış qutularda bayram sovqatı alır. Uşaqlar üçün maraqlı və sevimli əyləncə mənbəyi olan bu şənliklərdə balaca dostlarımız milli adət-ənənələrimizlə bağlı oyunlarda, viktorinalarda iştirak edir, Dünya Azərbaycanlılarının Həmrəyliyi günündən start götürən Yeni il şənliklərində bilik və bacarıqlarını nümayiş etdirməklə, müxtəlif mükafatlara layiq görülürlər.

|
|
|
|
Copyright © 2008-2010 Kainat GM. All rights reserved.
Created by www.mammadli.biz