KAİNAT GƏNCLİK MƏRKƏZİ
   
   Uşaq muğam festivalları
2008-10-18
Kainat Gənclik Mərkəzinin ən uğurlu və iştirakçılarının əhatə dairəsinə görə sayılıb seçilən, uzun ömürlü layihələrindən biri də ənənəvi uşaq muğam festivalıdır.
İlk illər ABƏŞ (AIOC) birbaşa maliyyə yardımı ilə hazırlanan bu tədbirin sonralar respublikanın mədəni həyatında böyük əks sədaya səbəb olmasının şahidi olduq. KİV-nin, dövlət və özəl telekanalların həvəslə işıqlandırdığı uşaq muğam festivalının ildən ilə populyarlaşması ilə yanaşı məzmun cəhətcə də yeni formada hazırlanırdı. Bu illər ərzində 16 yaşınadək 100-lərlə istedad, muğam həvəskarı festivalın bu və ya digər mərhələlərində öz qabiliyyətlərini nümayiş etdirməklə bu qədim incinin əbədiliyinə xidmət ediblər. Gənc nəslin muğam sənətinizə, folklorumuza münasibətdə əvəzsiz rolu olan bu tədbirin uzun ömürlülüyü də məhz bu amildədir. Artıq 2008-cü ilin oktyabrında 13 dəfə və birinci dəfədir ki, beynəlxalq səviyyədə təşkil olunacaq bu festival və onun əhəmiyyəti haqqında yerli və xarici mətbu orqanlarda məqalələrə və rəylərə rast gəlmək olur.

|
|
|
|
Copyright © 2008-2010 Kainat GM. All rights reserved.
Created by www.mammadli.biz