KAİNAT GƏNCLİK MƏRKƏZİ
   
   “Mən fransız dilində danışıram” müsabiqəsi
2009-03-10
“Kainat” Gənclik Mərkəzinin uzun ömürlü layihələrindən biri də, məktəblilərin “Mən fransız dilində danışıram” müsabiqəsidir. Hal-hazırda mərkəzin nəzdində yaradılmış “İşçi qrup” bu layihənin baş tutması üçün fəaliyyətə başlamışdır.
Keçirilən görüşlər, aparılan danışıqlar öz nəticəsini verməkdədir. Belə ki, müsabiqənin təşkilində əməyi olan Fransanın Azərbaycandakı səfirliyi və “TotalAzerbaijan” Şirkətinin təmsilçiləri ilə görüş zamanı bu müsabiqənin əhəmiyyəti xüsusi vurğulandı. Səfirliyin Əməkdaşlıq və Mədəniyyət Attaşesi cənab Lük Obri hazırlıq prosesinə və mərhələlərin səviyyəli keçməsinə hərtərəfli yardım ediləcəyini nəzərə çatdırdı. “TotalAzerbaijan” Şirkətinin nümayəndəsi cənab Rasim Axundov, maddi yardım olunması üçün mövcud imkanların şirkətdə müzakirə ediləcəyini bildirdi. Ötən illərdən fərqli olaraq bu dəfə müsabiqəyə respublikamızın bölgələrindən də məktəblilərin qatılacağı nəzərdə tutulub 2009-cu ilin aprel ayında müsabiqəyə final mərhələsi ilə yekun vurulacaq. Qalibləri xüsusi diplomlar və giymətli hədiyyələr gözləyir. Hamınızı əməkdaşlığa dəvət edirik!

|
|
|
|
Copyright © 2008-2010 Kainat GM. All rights reserved.
Created by www.mammadli.biz